İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda Musavat.com saytını bəyənmək 5 min manat imiş...

Tanınmış jurnalist, Prime TV -nin rəhbəri Aygün Muradxanlı Naxçıvana səfər edib. O, Vasif Talıbovun istefasından sonra Muxtar Respublikadakı vəziyyətlə bağlı çoxsaylı video reportajlar hazırlayıb. Paralel olaraq, sosial media hesabından da maraqlı paylaşımlar edib.

Həmin paylaşımlardan birini təqdim edirik:

gggg88.jpg (54 KB)

"Naxçıvanda Musavat..com-u bəyənməyin cəriməsi 5 min manat imiş. Bir naxçıvanlı qardaş danışır: ”Dayıoğlum FB-da musavat.com-dan bir yazı paylaşmışdı, mən də bəyənmişdim. Yazıda Naxçıvana aid heç bir cümlə də yox idi. Amma Seymurun adamları kəsdirdilər başımın üstünü ki, ə bə qudurmusan, Musavatı bəyənirsən? Hərbə-zorba.., 5 min manatımı aldılar. Tək mən deyiləm ki… Çıxın, soruşun nə qədər sahibkarın başına oxşar iş gəlib. Talıbovgilin xoşuna gəlməyəm adamların, jurnalistlərin paylaşımlarını bəyəndin, qanın getdi. Biz ölmüşdük burda, yerdən götürənimiz yox idi”…

Çox şükür, artıq bu feodal təfəkkürlü klan hakimiyyətdən salınıb və insanlar azad nəfəs ala bilirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR