İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının 3 vəkilinin həbs müddəti uzadılıb, biri isə axtarışdadır

Moskvanın Basmannı məhkəməsi Rusiya müxalifətinin mərhum lideri Aleksey Navalnının vəkillərinin həbs müddətini uzadıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, istintaq orqanları Aleksey Liptser, İqor Serqunin və Vadim Kobzevi ekstremist təşkilatın işində iştirakda ittiham edirlər.

Bildirilir ki, müstəntiqin təqdimatı əsasında həbs qətimkan tədbirinin avqustun 3-dək uzadılması barədə qərar qəbul edilib. O, vəkillərə qarşı cinayət işi üzrə istintaqın başa çatdığını elan edib.

Vəkillər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci (“Ekstremist icmada iştirak”) maddəsi ilə ittiham olunurlar. Müstəntiqlərin fikrincə, onlar statuslarından istifadə edərək Navalnının həbsdə olduğu koloniyaya baş çəkib və mütəmadi olaraq ekstremist icma üzvlərinə məlumat ötürüb, bununla da Navalnının təşkilata rəhbərlik etməsinə kömək ediblər.

Rusiya Daxili İşlər Nazirliyi Navalnının daha bir vəkilini, Olqa Mixaylovanı axtarışa verib. Onun xaricdə olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR