İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO nüvə təlimlərinə BAŞLAYIR - TARİX AÇIQLANDI

NATO gələn həftə Aralıq dənizində illik "Steadfast Noon" nüvə təlimlərinə başlayacaq.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO gələn həftə "Steadfast Noon" nüvə təliminə başlayacaq. Bu təlimlər bizim nüvə çəkindirici vasitələrimizin etibarlılığını, effektivliyini və təhlükəsizliyini təmin edəcək. NATO bütün müttəfiqlərini qoruyacaq", - deyə o bildirib.

Baş katib təlimin parametrlərini açıqlamayıb. Lakin NATO təcrübəsinə əsasən, təlimlər alyansın həm nüvə, həm də qeyri-nüvə dövlətlərinin hava və dəniz qüvvələrinin iştirakını nəzərdə tutur və manevrlər zamanı onlar arasında qarşılıqlı əlaqə tətbiq olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR