İnsanlara hürriyət, millətlərə istiqlal!

“Narkozdan oyanana qədər başımın üstündə dayandı” - VİDEO

“Bir qız və bir oğlan övladım, dörd nəvəm var. Övladlarımı “yerbəyer” etmişəm. Nəvələrim isə hələ kiçik yaşdadır. Övladlarıma görə yaşadım. O zamanlar “Sənətiniz, yoxsa ailəniz sizin üçün daha vacibdir?” sualını verəndə cavab verirdim ki, təbii ki, ailəm. Mən uşaqlarıma borcluyam. Onları dünyaya gətirmişəm və onları ayaq üstə qoymalıyam. Sonra sənətim. Sənət isə mənə dayaqdır. Oradan güc alıram”.

Bu sözləri Əməkdar artist Hicran Nəsirova qonaq olduğu “Etiraf” verilişində deyib.

66 yaşlı aktrisa proqramda ona oğlu qədər yaxın kürəkənindən söz açıb:

“Övladlarıma, nəvələrimə baxıb fəxr edirəm. Onlarla yaşayıram. Hazırda qızım yanımdadır. Kürəkənimi dilə tutmaq çox çətin oldu. Şükür Allaha, onlar yanımdadırlar və mənə dayaqdırlar. İndi deyirəm ki, iki oğlum və iki qızım var. Kürəkənimi çox istəyirəm. O, mənim oğlumdur. Oğlumu kürəkənimdən ayırmıram. Oğlum məni kürəkənimi necə istədiyimi qısqanmır. Elə zamanlar olub ki, əməliyyat olunmağa ehtiyac yaranıb. O anda isə oğlum xarici ölkədə ezamiyyətdə olub. Vəziyyətim ağırlaşmışdı və məni təcili həkimə aparmaq lazım idi. Kürəkənim dərhal özünü çatdırdı. Gecədən səhərə kimi mən narkozdan oyana qədər o, başımın üstündə dayandı. Demək ki, kürəkənim oğlumdur da...”    (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR