Onlayn ictimai-siyasi qəzet
Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, reseptləri günümüzdə də aktuallığını qoruyan İbn Sinanın məsləhət gördüyü üsulu təqdim edirik.
Bu təbii yol bir neçə dəqiqə ərzində baş ağrılarını aradan qaldırmağa kömək edir. Təbii üsulla məlhəm üçün sadəcə qurudulmuş nanə, çay ağacı yağı və evkalipt yarpaqları lazımdır.
Beş stəkan içməli suya 8-10 damcı çay ağacı yağı, evkalipt yarpaqları və bir çimdik qurudulmuş nanə əlavə edilərək qaynamağa qoyulur. Bundan sonra onun buxarı ilə dərindən nəfəs alınır.
Buxarı qəbul etdikcə əsəblər sakitləşir, beləliklə baş ağrısı dayanır.
Bu üsul Alzheimer xəstəliyi riskini də azaldır.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ