Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Vladivostok şəhərində dəhşətli hadisə baş verib – naməlum şəxs avtomobil dayanacağında bir maşını qəsdən yandırıb.
Musavat.com xəbər verir ki, güclü alov qısa müddətdə digər nəqliyyat vasitələrinə də keçib və nəticədə 22 avtomobil tamamilə yanaraq sıradan çıxıb.
Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda yanğının necə sürətlə yayıldığı və güclü alovun dayanacaqda xaos yaratdığı aydın görünür.
Fövqəladə Hallar Xidməti əməkdaşları yanğını 150 kvadratmetr ərazidə lokallaşdıraraq nəzarətə alıblar. Hadisə nəticəsində xəsarət alan və ya həyatını itirən yoxdur.
Hazırda polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir. Təhqiqat orqanları yanğının motivlərini və cinayətin planlı şəkildə törədilib-törədilmədiyini araşdırır.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ