İnsanlara hürriyət, millətlərə istiqlal!

Naməlum sərnişin 20 yaşlı Azərbaycan vətəndaşı imiş

Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş
Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktauda qəzaya uğramış AZAL-a məxsus təyyarənin naməlum sərnişini ilə bağlı təfərrüatları paylaşıb.

Musavat.com report-a istinadən xəbər verir ki, Mangistau vilayətində keçirdiyi brifinqdə Bozumbayev hazırda Aktau xəstəxanasında 6 yaralının olduğunu bildirib.

"Onlardan 3-ü Qırğızıstan, 3-ü isə Azərbaycan vətəndaşıdır. Bu gün daha əvvəl şəxsiyyəti müəyyən edilə bilməyən qadının şəxsiyyəti müəyyən edilib. Onun 20 yaşı var. Ümid edək ki, tezliklə sağalacaq", - o söyləyib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR