Onlayn ictimai-siyasi qəzet
Myanmada 5,5 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 86 km cənubda yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, martın 28-də həmin bölgədə 7.7 bal gücündə zəlzələ baş verib, 4 mindən yuxarı insan həlak olub.
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ