İnsanlara hürriyət, millətlərə istiqlal!

Musavat.com yazdı, problem həll olundu-FOTO  

Bakını Xətai rayonu ərazisində Rahib Məmmədov küçəsində yararsız hala salınmış səki təmir olunub.

Musavat.com xəbər verir ki, “Azəristiliktəchizat” ASC qəzalı vəziyyət yarandığı üçün bir səkinin bir neçə yerində qazıntı işləri aparmışdı. Qazılmış ərazilər ilkin vəziyyətinə qaytarılmadığı üçün sonradan deformasiyaya uğramış, dəlik yaranmışdı. Hətta yaranmış dəliyə oturacaq da qoyulmuşdu. Saytımız problemi işıqlandırdıqdan sonra səki “Azəristiliktəchizat” ASC-nin əməkdaşları tərəfindən təmir edilib.

 

Yolun əvvəlki vəziyyətini əks etdirən linklər: 


https://musavat.com/news/bir-aydir-sekini-qazib-gedibler-fotolar_1035299.html

https://musavat.com/news/bakida-qazilan-sekide-delik-yarandi-oturacaq-qoydular-foto_1040321.html

Ərazidən çəkilmiş son fotoları təqdim edirik:

 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR