İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜHÜM: Rusiya-İran-Azərbaycan arasında Bakı Bəyannaməsi imzalanıb

Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

Musavat.com Report-a istinadən xəbər verir ki, sənədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi imza atıb.

Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirirlər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Qeyd olunur ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olur üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər.

Həmçinin tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrini yeni nəqliyyat kommunikasiyalarının yaradılması yolu ilə blokdan çıxarmağa çalışır. Bəyannamədə İranın Çanahar limanının dəhlizə inteqrasiyası alqışlanıb.

xxx

Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.

Musavat.com Report-a istinadla xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, İran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.

Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR