Onlayn ictimai-siyasi qəzet
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması, müəllimlərə hədiyyələrin verilməsi hallarının hələ də qalmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, media üçün brifinqdə nazir bütün valideynlərə təzyiq göstərə bilməyəcəyini qeyd edib:
"8 mart ərəfəsində mən valideynlərə müraciət etdim ki, müəllimə pul, gül verməyin. Amma nə müşahidə etdik? Valideynlər hədiyyələr verdi. Bu davranış mədəniyyəti valideynlərdə hələ formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz. Müəllimə qızıl verirlər. Nazir olaraq mən valideynə necə təzyiq göstərim? Müəllimə diqqət göstərmək ayıb deyil, açıqça, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik".
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ