İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllim məhkəməyə verildi: Məktəb valideynə bu qədər pul ödəyəcək - FOTO

ABŞ-nin Kaliforniya ştatında qadın müəllim öz şagirdindən uşaq dünyaya gətirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, həmin müəllim və onun işlədiyi məktəb məhkəməyə verilib. Orta məktəb 2 ayrı qurban şagird tərəfindən məhkəməyə verilərək ümümilikdə 8.5 mln dollar təzminat ödəməli olub.

Qurbanın sözlərinə görə o, hələ 16 yaşı olarkən 15 dəfə ayrı-ayrı vaxtlarda, həm sinif otağında, həm də müəllimin evində cinsi istismara məruz qalıb. Laura Whitehurst adlı müəllim bu qanunsuz əməllərinə hələ 2007-2008-ci illərdə 14 yaşlı şagirdi ilə başlayıb.

2014-cü ildə o, 6 aylıq həbs cazası alıb, uşağı da elə həmin ildəcə dünyaya gətirib.

Qurbanın dediklərinə görə məktəb rəhbərliyi bundan xəbərdar olsa da, onun ailəsini məlumatlandırmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR