İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin əməkdaşları Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Daha sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR