İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə nazirindən 15 gündür XƏBƏR YOXDUR - Sonuncu dəfə...

15 gündür ki, Çinin müdafiə naziri Li Şanfudan heç bir xəbər yoxdur.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Çin hökuməti sonuncu dəfə avqustun 29-da iştirak etdiyi konfransda çıxış edən Şanfunun "yoxa çıxmasına" səssiz qalır.

Çin prezidenti Si Cinpinin orduda birliyin zəruriliyi ilə bağlı son açıqlaması isə müxtəlif fərziyyələrə səbəb olub.

Çinin ictimai xəbər agentliyi Sinxua xəbər verir ki, Cinpin sentyabrın 9-da Çinin şimalındakı hərbi obyektə səfəri zamanı silahlı qüvvələrin birliyinin qorunmasından danışıb. Şanfunun yoxa çıxması ilə eyni vaxtda orduda iki Raket Qüvvələri komandiri - general Liu Quanqbin və general Li Yuçanonun ortalıqda görünməməsi diqqəti cəlb edib.

İddia olunur ki, bu təmizləmə yeni antikorrupsiya kampaniyasının bir hissəsidir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR