İnsanlara hürriyət, millətlərə istiqlal!

Müasir dünyadakı nağıllar aləmi: Şaxta baba ilə Santa-Klausu nə birləşdirir?

"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 4 452 kilometr uzaqda olan, alman və fransız mədəniyyətinin qovuşduğu Strasburqdan bəhs olunub.

Maraqlıdır ki, tarixən bu şəhər gah Almaniyanın, gah da Fransanın ərazisi hesab edilib. İndi də çoxları Strasburqun hansı ölkəyə aid olmasını qarışıq salırlar. Elzas əyalətinin paytaxtı Strasburq fua-qra delikatesinin və Santa-Klausların vətəni hesab olunur. Yeni il ərəfəsində Strasburqda demək olar ki, hər yerdə Santa-Klaus görmək mümkündür.

Onlar deyirlər ki, bu işdə çalışmaq üçün uşaqları sevmək əsasdır. Bizim Şaxta babalarla Strasburqdakı Santaların oxşar xüsusiyyəti onların hər ikisinin böyük qarınlarının olmasıdır. Belə ki, qarnı böyük olmayanı əsl Santa-Klaus hesab etmirlər. Yeni ildə Santanı evə çağırmaq 50 avroya, bizim pulla 89 manata başa gəlir.

Bəzən onlar pensiyaya çıxmış insanlar da olurlar. Strasburqda Santa kimi işləmək üçün kastinqdən keçmək lazımdır. Santalar Yeni il ərəfəsində aya 2 000 avro qazanırlar. Bu isə bizim pulla 3 572 manat edir. Strasburq əhalisi Yeni il üçün əsl şam ağacı bəzəməyi sevirlər. Qiyməti 50-300 avro, yəni bizim pulla 89-535 manat arasında dəyişən ağacları xüsusi plantasiyalardan almaq mümkündür. Bayram bitəndən sonra isə onu zibilə atmaq olmaz. Qapının önünə qoyurlar ki, xüsusi maşınlar gəlib aparsınlar.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

03 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR