İnsanlara hürriyət, millətlərə istiqlal!

MOSSAD Dohadakı əməliyyatda iştirakdan imtina edib - WP

İsrailin Dohada HƏMAS liderlərinin olduğu binaya zərbə endirməsi əməliyyatında kəşfiyyat xidməti Mossad iştirak etməyib.

Musavat.com xəbər verir ki, məlumatı  İsrail mənbələrinə istinadən “The Washington Post” qəzeti yayıb.

Bildirilir ki, MOSSAD Qətərlə münasibətlərin pozulacağı qorxusuna görə Dohada HƏMAS hərəkatının liderlərini məhv etmək planından imtina edib. Mənbələrin məlumatına görə, Mossad bir neçə həftədir ki, Dohada HƏMAS nümayəndələrini məhv etmək üçün məxfi xidmət agentlərindən istifadə etmək planı hazırlayırmış. Lakin Mossad rəhbəri David Barnea plana qarşı çıxıb. Bildirib ki, rəsmilərin aradan qaldırılması Qətər tərəfi ilə uzun illər əməkdaşlıq nəticəsində qurulan münasibətlərdə qırılmaya səbəb ola bilər.

İsrail kəşfiyyatının mövqeyi İsrail Müdafiə Qüvvələrinin (IDF) yerdə agentlərdən istifadə etmək əvəzinə, 15 döyüş təyyarəsi ilə hava hücumu həyata keçirməsinə səbəb oldu ki, bu da əməliyyatın müvəffəqiyyətinə təsir göstərə bilər. Qeyd olunur ki, Mossad-ın planı həyata keçirməkdən imtina etməsi İsrail təhlükəsizlik qurumları arasında geniş ziddiyyətləri əks etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR