İnsanlara hürriyət, millətlərə istiqlal!

Mossad dəstəklədi: "Əl-Cəzirə"nin İsraildəki bürosu BAĞLANA BİLƏR

İsrailin Kəşfiyyat və xüsusi tapşırıqlar idarəsi (Mossad) rabitə naziri Şlomo Karhinin “Əl-Cəzirə”nin ölkədəki bürosunu bağlamaq təklifini dəstəkləyir.

Musavat.com xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Qeyd edək ki, Karhi Qətər televiziyasını HƏMAS-ı dəstəkləməkdə və İsrail əsgərlərini Qəzza zolağından potensial hücumlara məruz qoymaqda günahlandıraraq, hökumətdən "Əl-Cəzirə"nin ölkədəki bürosunun bağlanmasını istəyib.

Belə ki, oktyabrın 15-də rabitə naziri tərəfindən irəli sürülən təşəbbüs artıq Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən dəstəklənib.

Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi bununla bağlı daha əvvəl əks fikirdə olub. İsrail Baş Təhlükəsizlik Xidməti isə daha təmkinli mövqe tutur, lakin kanalın bürosunun bağlanmasına etiraz etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR