İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın mərkəzində film kimi bank soyğunu: 300 milyon oğurlandı

Bu gün axşam saatlarında Moskvanın mərkəzində bank filialı qarət olunub.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, silahlı oğrular 300 milyon rubl oğurlayıblar.

Mash Telegram kanalının yazdığına görə, soyğunçuların qurbanları Rusiya Maliyyə Bankının pul kisələri daşıyan iki kuryeridir. Onlar Presnenski Valdakı bankın yaxınlığında hücuma məruz qalıblar. Kuryerlər küçə ilə gedərkən onların yanına üç oğrunun olduğu “Mercedes” markalı avtomobil gəlib. Onlar ən azı 8 dəfə atəş açıb, pulu götürüb qaçıblar. Pul daşıyanlardan biri ayağından yaralanıb.

“112” Telegram kanalı xəbər verir ki, zərərçəkənlər pul çıxarırdılar. Onlardan təxminən 300 milyon rubl oğurlanıb.

Polis cinayətkarları tutmaq üçün “Yaxalama” planını tətbiq edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR