İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada məhkəmə saxtakar erməni müstəntiqə 11 il iş verib

Moskvada məhkəmənin hökmü ilə keçmiş müstəntiq Levon Ağacanyan 11 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Bildirilir ki, müstəntiq Moskvada baş vermiş atışma ilə bağlı sübutları saxtalaşdırmaqda və günahsız bir şəxsi məhkəməyə verməkdə təqsirli bilinib.

Basmannı məhkəməsi Rusiya İstintaq Komitəsinin keçmiş müstəntiqi Levon Ağacanyanın 2020-ci ilin dekabrında həbs edilməsinə qərar verib. O, əvvəllər bir neçə cinayət törətməkdə, xüsusən də 2017-ci ildə Moskva şəhərində baş verən atışma ilə bağlı sübutları saxtalaşdırmaqda şübhəli bilinərək saxlanılıb.

Ağacanyan iki iş adamının mühafizəçiləri arasında baş verən atışmanı araşdırıb. Dava və atışma 2017-ci il noyabrın ortalarında “Moskva Siti” kompleksinin “Oko” qülləsində yerləşən restoranlardan birində mübahisədən sonra baş verib. Nəticədə 6 mühafizəçi yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR