Onlayn ictimai-siyasi qəzet
Moskvada son iki ildə min əcnəbinin Rusiya Federasiyasına qanunsuz miqrasiyasını təşkil edən 8 nəfər saxlanılıb.
Musavat.com ng.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
“2023-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayına kimi şəxsi eqoist maraqları naminə hərəkət edən mütəşəkkil cinayətkar dəstənin üzvləri miqrasiya qeydiyyatının müəyyən edilmiş qaydasına zidd olaraq, pul kompensasiyası məqsədilə 1000-dən çox xarici vətəndaşın Rusiya ərazisində qanunsuz qalmasını təşkil ediblər”, - məlumatda bildirilir.
Qeyd olunur ki, işbazlar bu məqsədlə uydurma əmək müqavilələri hazırlayıblar və miqrantlardan külli miqdarda pul vəsaiti alıblar.
Bu iş üzrə səkkiz təqsirləndirilən şəxs saxlanılıb. İK-nin məlumatında bildiilir ki, onlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Musavat.com
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ