Onlayn ictimai-siyasi qəzet
Vladimir Putin və Si Cinpin Kremldə II dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün görüş keçiriblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, liderlər dövlət otaqlarından birində rəsmi şəraitdə bir-birini salamlayıb, qırmızı xalça üzərindən keçib və televiziya kameraları qarşısında əl sıxışıblar. Görüşün şərəfinə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Si Cinpin II dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya gələn 20-dən çox xarici liderdən biridir.
Ölkəsi ABŞ-la iqtisadi qarşıdurmada olan Çin lideri Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək üçün bir sıra sazişlər imzalamağa hazırlaşır.
Çin Rusiyanın ən böyük iqtisadi tərəfdaşı olaraq qalır. Qərbin sanksiyalarının tətbiqindən sonra Pekin Rusiya iqtisadiyyatına mühüm dəstək verən neft və qaz satışında Moskvanın əsas kanalına çevrilib.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ