İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva niyə Ermənistana göz yumur, Azərbaycana basqı edir? - Politoloqdan İLGİNC ŞƏRH

"Moskva Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə destruktiv hesab edir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Rusiya XİN başçısının müavini hesab edir ki, Qərbin Cənubi Qafqaz siyasəti regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaradılmasına yönəlib".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

zeyna-1720441038.jpg (37 KB)

Politoloq qeyd edir ki, Qaluzin bəzi açıqlamalarında haqlıdır:

"Onun fikrincə, Qərb dairələri bu regiondan Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd göstərir. Qaluzin bu açıqlaması ilə hansı ölkəni nəzərdə tutduğunu deməsə də, rusiyalı diplomatın dediklərində həqiqət var. Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətində olub. Bunu Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanaşvili də öz açıqlamasında təsdiqləyib. Gürcü hökuməti bu məsələyə razı olmadıqdan sonra Qərb eyni ssenarini Ermənistanda təkrarlayır.

Nikol Paşinyan uzun müddətdir ki, Qərbə doğru həm inteqrasiya siyasəti aparır, həm də Qərbin hərbi kontingentini regiona gətirərək qarşıdurma yaratmaq istəyir. Avropa Birliyinin müşahidə missiyasının regiondakı təxribatçı fəaliyyəti, keçən il Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, eyni zamanda Ermənistanla ABŞ arasında imzalanan "strateji əməkdaşlıq" müqaviləsi Cənubi Qafqazda gərginliyin artırılmasına xidmət edir.

Ancaq Moskva İrəvanın bu hərəkətləri qarşısında sakit qalır. Üstəlik, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi hər ötən il sürətlə artır. Cənubi Qafqazda sülhün əsas dəstəkçisi məhz Azərbaycandır. Lakin Moskva Bakı ilə münasibətlərdə məntiqsiz davranır.

Bir müddət əvvəl Türkiyə və Rusiya arasında "təyyarə böhranı" yaşanarkən Ankara lazımi addımları ataraq prosesi uzatmadı. Ancaq bu gün Moskva Bakıya qarşı eyni yanaşmanı sərgiləmir, əksinə, Azərbaycana qarşı hücum kampaniyası həyata keçirir. Qaluzinin verdiyi açıqlama onu göstərir ki, Rusiyanın sözləri ilə əməlləri arasında uyğunluq yoxdur. Əgər Moskva Cənubi Qafqazda daimi sülh istəsəydi, Azərbaycanla münasibətlərin bu cür gərginləşməsinə yol verməzdi".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR