İnsanlara hürriyət, millətlərə istiqlal!

MOSKVA! FTX agentinin avtomobili BELƏ PARTLADILDI - ANBAAN GÖRÜNRÜLƏR

Moskvada partladılan “Toyota Land Cruiser Prado” markalı avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşına məxsus olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.

Məlumatda deyilir: "Müəyyən edilib ki, partlamış Toyota Land Cruiser Prado avtomobilinin sahibi Rusiyaya köçmüş Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş zabiti Vasili Prozorovdur. Partlayış nəticəsində o xəsarət alıb", - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, partlayış maşını işə salan zaman baş verib.

"Hazırda baş verənlərlə bağlı bir neçə versiya nəzərdən keçirilir. Onlardan birinə görə, naməlum partlayıcı qurğu işə düşüb, lakin digər mümkün səbəblər də nəzərdən keçirilir", - agentliyin həmsöhbəti əlavə edib.

Qeyd edək ki, bu gün Korovinskoye şossesində avtomobil partlayıb. Hadisədən sonra yanğın olmayıb, amma yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerində paytaxt İstintaq Komitəsinin müstəntiqləri və kriminalistləri əməliyyat xidmətləri ilə birgə işləyirlər.

@@TVmusavat/82930@@

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR