İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Bakıya “Rus Evi” ilə bağlı təkliflər təqdim etdi

Rusiya Bakıdakı “Rus Evi” ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdırıb və konstruktiv qarşılıqlı yanaşma gözləyir.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Mövcud vəziyyətin həlli ilə bağlı (Bakıdakı Rus Evi ətrafında – Qeyd) təkliflərimiz tərəfdaşlarımıza çatdırılıb. Biz Azərbaycan tərəfinin konstruktiv yanaşmasına və hansısa kompromis həllin tezliklə əldə olunmasına ümid edirik”, - deyə o, fikrini yekunlaşdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR