İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mor ve ötesi” konsertində Azərbaycan rüzgarı – VİDEO

Ötən gün İstanbulda “Saygı1” layihəsi çərçivəsində məşhur türk qrupu “Mor ve ötesi”nin konserti baş tutub.

Musavat.com xəbər verir ki, konsertə Azərbaycandan xüsusi olaraq Qara Qarayev adına Kamera Orkestri və Dövlət Xor Kapellası dəvət olunub.

82 nəfər azərbaycanlı musiqiçidən ibarət olan böyük komanda gecədə 4 mahnı ifa edib və qrupla birgə konserti bağlayıb. Onlarla birgə səhnəyə məşhur reper Ceza da çıxıb.

“Mor ve ötesi”nin Bakıdakı simfonik konsertindən sonra musiqiçilərimizlə əməkdaşlıq həm təşkilatçıların, həm də heyətin xoşuna gəldiyi üçün “Saygı1”də də onları görmək istəyiblər.

Bunun üçün Bakıdan İstanbula uçan musiqiçilərin bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanıb.

“İticket Türkiye”nin məlumatına görə, gecəyə 10 min bilet satılıb.

Gecədə Edis, Aleyna Tilki, Simge Sağın və Sıla kimi məşhurlar səhnə alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR