İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova prezidenti Rusiya ilə bağlı sərt açıqlama verib

Moldova prezidenti Maya Sandu ölkəsində fəaliyyət göstərən TV8 telekanalında bəyanat verib ki, Avropa dəyərlərinin təbliği Rusiya ilə əməkdaşlıqdan tamamilə imtina etməyi tələb edir.

 Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Sanduya görə, insanların təkcə Avropa dəyərlərini dəstəklədiklərini söyləmələri lazımdır. O, siyasətçilərin bu Avropa dəyərlərinə uyğun yaşadıqlarını və işlədiklərini nümunə ilə nümayiş etdirmələrinin vacibliyini vurğulayıb.

Moldova prezidenti qeyd edib ki, “Biz Avropanın, Moskvanın və hamının yanındayıq” deməklə kifayətlənmək olmaz.

Sandu əlavə edib ki, ölkə liderləri ya demokratiyaya inanır və bunu hər gün işdə nümayiş etdirirlər, ya da bu, "sadəcə, boş danışıqdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR