İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova baş naziri: “Rusiyanın mümkün işğalından narahatıq”

“Moldova xalqı Moskvanın qonşu Ukraynaya müdaxiləsindən sonra bizim ölkəmizi də işğal edəcəyindən qorxur”.

Bu barədə Moldovanın Baş naziri Natalia Qavrilisa CNN telekanalına müsahibəsində bildirib.

“Əlbəttə, biz narahatıq”, - deyə o qeyd edib.

“Bu, riskdir, bu, hələ ki hipotetik ssenaridir, lakin hərbi əməliyyatlar Ukraynanın cənub-qərb hissəsinə və Odessaya doğru irəliləsə... təbii ki, biz çox narahatıq”, - deyə Qavrilisa əlavə edib.

Baş nazirin sözlərinə görə, Rusiyanın işğalından narahat olan yeganə ölkə onun ölkəsi deyil.

“Bu, təkcə Moldova üçün deyil, istənilən kiçik ölkə, beynəlxalq nizama söykənən qaydalara əsaslanan hər bir ölkə üçün çox çətin vəziyyətdir. Əgər bir ölkə beynəlxalq hüququ nəzərə almadan ərazilərin zəbt edilməsi ilə müharibəyə başlaya bilirsə, deməli, bu mənada heç kim sığortalanmayıb və hesab edirəm ki, bir çox ölkələr narahatdır”, - deyə Qavrilisa vurğulayıb.

Mənbə: Yevropeyskaya pravda

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR