İnsanlara hürriyət, millətlərə istiqlal!

Mkrtçyan: Ermənistanın Qarabağ məsələsində heç vaxt müttəfiqi olmayıb

“Əziz ermənilər, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağ məsələsində bizim müttəfiqimiz yox idi”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Arutyun Mkrtçyan İrəvan mediasına bildirib.

“Bəzi erməni ekspert dairələri Ermənistan və Azərbaycanın vasitəçi olmadan birbaşa danışıqlar aparmasından narahat olduqlarını bildirirlər. Mən bu mütəxəssisləri dediklərində diqqətli olmağa çağırıram. Əslində, birbaşa danışıqlar Ermənistanı boğazından yapışdırıb, Moskva platformasına çəkməkdən qat-qat yaxşıdır. Niyə birbaşa danışıqlara getməyək?

Bundan əlavə, indi sülh müqaviləsinin imzalanmasından söhbət gedəndə, Ermənistanın daxilində, Qarabağın (qondarma “DQR” nəzərdə tutulur-red.) buraxılmış “parlamentinin”nin keçmiş “deputatları” yenidən Qarabağ məsələsinin yükünü xalqın ayağına asırlar. Əvvəlcə çox sadə bir suala cavab versinlər: onlar özləri Qarabağa qayıtmağa hazırdırlarmı? Əziz Qarabağ erməniləri, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağın “müstəqilliyi” məsələsində bizim müttəfiqimiz yox idi. Deyək ki, Parisin Sen-Lui şəhərinin hansısa küçəsi Qarabağın “müstəqilliyini” tanıdı. Nə olsun? Bu, ciddi deyil”, - deyə Mkrtçyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR