Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başladığı versiyasına üstünlük verir.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bundan əvvəl bir neçə il ərzində MKİ virusun təbii yolla heyvandan insana keçdiyini, yoxsa laboratoriya sızmasının nəticəsi olduğunu anlamaq üçün yetərincə məlumata malik olmadığını bildirirdi.
“The New York Times”ın mənbələrinin məlumatına görə, qurumun mövqeyinin dəyişməsi yeni kəşfiyyat məlumatlarının əldə edilməsinə deyil, artıq mövcud olan məlumatların daha diqqətli öyrənilməsinə əsaslanır. Bu təhlil hələ ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası dövründə başlanıb və onun nəticələri MKİ-nin yeni direktoru Con Rətkliffin qərarı ilə açıqlanıb. Rətkliff daha əvvəl dəfələrlə Çini COVID-19-un mənşəyini və virusun yayılma şəraitlərini gizlətdiyinə görə “cəzalandırmağa” və Pekini 2022-ci il Qış Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum etməyə çağırıb.//report.az
27 Yanvar 2025
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ