İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir Mərdanovdan səhhəti ilə bağlı açıqlama - "Dayanmadan zənglər gəlir"

“Həyat yoldaşımı xəstəxanaya aparmışdım, analiz verdi, sonra da evə gəldik. Hər şey yaxşıdır. Yanlışlıq olub, mən xəstəxanaya düşməmişəm”.

Bunu Musavat.com-a AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov xəstəxanaya düşməsi ilə bağlı xəbərlərə şərh bildirərkən deyib:

“Məndən heç kim narahat olmasın, yaxşıyam. Evimizdə oturmuşam, dayanmadan zənglər gəlir. Qohumlar, tanışlar zəng edib soruşurlar ki, xəstəxanaya niyə düşmüşəm. Hər kəsə səslənirəm ki, yaxşıyam. Mənə heç nə olmayıb”.

Qeyd edək ki, Modern.az-da gedən yazıda eks-nazirin xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu yazılıb.

M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub. 1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. O, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR