Onlayn ictimai-siyasi qəzet
Qondarma (orijinal mətndə yoxdur-red.) “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet vəzifələri siyahısında yoxdur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yelri parlamentdə daimi parlament komissiyalarının birgə iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.
“Erməni soyqırımı” (qondarma-red.) - bu, bizim prioritetimiz deyil. Tariximizin faciəli səhifələrinin öyrənilməsi, “erməni soyqırımı”nın tədqiqi və ya məsələnin 1 nömrəli prioritetə çevrilməsi məsələsi qətiyyən Ermənistan Xarici işlər nazirliyinin gündəmində deyil”, - deyə, Mirzoyan bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ