İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyoyevin qızı prezident administrasiyasına rəhbərlik edəcək

Özbəkistan prezidentinin 38 yaşlı qızı Səidə Mirziyoyeva atasının administrasiyasına rəhbərlik edəcək.

Musavat.xom xarici mediaya istinadla xəbər verir ki, tezliklə Şavkat Mirziyoyevin böyük qızı Səidə Özbəkistan prezidentinin birinci köməkçisi vəzifəsinə təyin ediləcək. Bu, dövlət başçısının yenilənmiş administrasiyasında ən yüksək vəzifədir. Əvvəllər administrasiya rəhbəri vəzifəsi ləğv edilib.

2022-ci ilin noyabr ayından Səidə Mirziyoyeva Prezident Administrasiyasının kommunikasiya və informasiya siyasəti sektoruna rəhbərlik edir.

Mirziyoyeva 2019-cu ilin aprelində İnformasiya və kütləvi kommunikasiyalar Agentliyinin rəis müavini təyin edilib. Eyni vəzifədə o, dövlət başçısının müşavirinin müavini olub.

Xatırladaq ki, Mirziyoyevin sələfi İslam Kərimov da bir zamanlar qızına yüksək dövlət vəzifələri vermişdi. Gülnarə Kərimova 1991-ci ildən 2013-cü ilə qədər XİN-də nazirin müşaviri, nazirin müavini, səfir kimi vəzifələr tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR