İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrantlar artarsa, Latviya Rusiya və Belarusla sərhədləri bağlayacaq

Rəsmi Riqa ölkəyə daxil olmaq istəyən qeyri-qanuni miqrantların kütləvi şəkildə artacağı təqdirdə Rusiya və Belarusla sərhədlərini tamamilə bağlayacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Latviya prezidenti Edqars Rinkeviçlə Almaniyanın müdafiə naziri Boris Pistorius arasında aparılmış danışıqlardan sonra dərc olunmuş press-relizdə deyilir.

“Tərəflər, həmçinin Latviya və Belarus sərhədində hibrid hücumların mümkünlüyünü müzakirə ediblər. Edqars Rinkeviç bildirib ki, Latviya bütün lazımi tədbirləri görməyə, o cümlədən xüsusən miqrantların kütləvi axını halında Belarus və Rusiya ilə sərhədi bağlamağa hazırdır”, - Latviya prezidentinin ofisindən bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR