İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupu əvəzinə 3+3 formatı

Özü böyük müharibə təhlükəsi ilə üzləşən İran niyə Qafqaza sülh “gətirmək” niyyətinə düşüb?

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası sülh prosesləri hələ də davam edir. Günümüzün vacib məsələlərindən biri bölgədə davamlı sülhün əldə olunması və beynəlxalq hüquqa uyğun sülh müqaviləsinin imzalanmasıdır.

İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında demarkasiya və delimitasiya məsələləri ön plana çıxıb. Rusiya bu prosesə vasitəçi olmaq istəyindən vaz keçmir. Bu kontekstdə Moskva 3+3 formatını Azərbaycan və Ermənistan arasında sülh platforması olaraq təklif edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediyinə görə, 3+3 formatı sülh prosesini sürətləndirmək və regional əməkdaşlıq üçün vacib bir mexanizm olacaq. Aprelin 7-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bir sıra Avrasiya dövlətlərinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri arasında görüş keçirilib. Lavrov Avrasiyanın müxtəlif bölgələrində təhlükəsizlik vəziyyəti ilə bağlı fundamental qiymətlər verib. O, Yaxın Şərqdəki partlayış vəziyyətinə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhlükələrə diqqət çəkib.

Rusiya bölgəni özünün təsir dairəsi olaraq gördüyü üçün digər moderatorları qəbul etməməklə yanaşı, Bakı və İrəvan arasında əldə olunacaq yekun sülhdə də öz “dəstəyini” vaxtaşırı təklif edir.  Bu arada, rəsmi Tehranın aktiv siyasəti və hətta 90-cı illərin əvvəllərində olduğu kimi, Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək niyyətləri ortaya çıxmaqdadır. “Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün 3+3 regional formatından istifadə edilə bilər". Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib. “İran həm Ermənistan, həm də Azərbaycanla təmasdadır və sərhəddə sabitlik və sülhün tərəfdarıdır. Bu müzakirələr zamanı tərəfləri sülh sazişinin imzalanması istiqamətində hərəkət etməyə çağırırıq. İran hesab edir ki, gərginliyə səbəb olacaq istənilən addımdan çəkinmək lazımdır”, - o qeyd edib. Səfirin sözlərinə görə, İran hakimiyyəti sülhə nail olmaq üçün tərəflərin təklif etdiyi istənilən formatı dəstəkləməyə hazırdır. “Düşünürəm ki, bu baxımdan 3+3 yaxşı regional formatdır və ondan istifadə edərək sülh sazişinə doğru irəliləmək olar", - M.Sobhani bildirib. Son günlər İranın İrəvandakı səfirinin ritorikasında xeyli dəyişiklik müşahidə olunur və əvvəlki illərin sərt ifadələrinə rast gəlinmir. Belə görünür ki, İranın bölgə ilə bağlı planları mövcuddur.

Maraqlıdır, Rusiyadan sonra İran da 3+3 formatında Azərbaycan-Ermənistan sazişinin imzalanmasına niyə belə maraq göstərir? İranın 3+3 formatı çərçivəsində saziş imzalanmasını gündəmə gətirməsinin nə önəmi var? Bu, Ermənistanın hələ də ləğv etmək istəmədiyi yeni Minsk Qrupu yaratmaq cəhdi deyilmi? Lakin bu, bir nonsesdir ki, özü böyük müharibə ilə üzbəüz qalan İran Qafqaza sülh “gətirmək” niyyətinə düşüb.

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

 Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan sülhə doğru əhəmiyyətli irəliləyiş sayıla biləcək əksər addımları indiyə kimi məhz ikitərəfli danışıqlar formatı çərçivəsində atıb: “Düzdür, Praqa görüşü kimi xırda istisnalar var, amma o görüşdə Paşinyana "Qarabağ Azərbaycandır" söylətdirən həmin görüşdən az qabaq, yəni 2022-ci ilin sentyabrında şərti sərhəddə təxribat törətməyə qalxan düşmənə ordumuzun verdiyi cavab oldu. Məhz ondan sonra havadarları ona Ermənistanın işğalçı imicinə son qoymasını məsləhət görmüş, özlərinin isə bundan sonra oradakı hayların hüquqlarını qorumaq adı altında “Qarabağı kosovolaşdıracaqlarını” vəd etmişdilər. Azərbaycan həm diplomatik müstəvidə, həm də bu sahədə ard-arda atdığı qabaqlayıcı addımlarla tək haylara deyil, Qərbdəki havadarlarına da bu məkrli niyyətlərini reallaşdırmağa imkan vermədi".  3+3 formatına gəldikdə, S.Alıyev bildirdi ki, bu haqda təşəbbüs Azərbaycan və Türkiyənin dövlət başçılarından gəlsə də, sülh platforması kimi vaxtı keçib: ”Çünki Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, ikitərəfli format çərçivəsində sülh sazişi layihəsi üzərində işlər demək olar ki, tam başa çatıb. Qalır onun imzalanması üçün Azərbaycanın beynəlxalq hüquqa dayanan tələbini yerinə yetirmək. Rusiya, yaxud da İran göstərməyə çalışdıqları kimi, regionda doğrudan da sülhdə maraqlıdırlarsa, onda Ermənistanı Azərbaycanın haqlı tələbini yerinə yetirməyə çağırsınlar".

Qafar Çaxmaqlı: “Yurd həsrəti ilə yaşayan insanlar 7 fevral seçkisinə  taleyüklü hadisə kimi baxırlar”

Qafar Çaxmaqlı

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı qeyd etdi ki, 3+3 formatı Moskvanın ideyası deyil, onu 44 günlük müharibədən sonra gündəmə Ərdoğan gətirib: “Cənubi Qafqazda sülhü və əməkdaşlığı təmin edəcək bu formata qarşı olan ölkələrdən biri elə Rusiya idi, ikincisi isə İran. Bu ölkələr düşünürdülər ki, 3 Cənubi Qafqaz ölkəsi bir-biri ilə anlaşma əldə etsə, onların bölgədə təsir imkanları azalacaq. Rusiyanın Gürcüstandakı emissarları vasitəsilə bu formatın qeyri- mümkün olduğunu önə sürərkən də xüsusi məqsədi var idi: Qafqazı əlində saxlamaq və Türkiyənin aktivliyinin qarşısını almaq. Artıq bu, mümkün deyil. İndi Rusiyanın təsir imkanı azalıb deyə, Rusiya bu formatı yenidən işə salmaq istəyir. İran açıq şəkildə belə əməkdaşlığın əleyhinə idi, indi nə oldu, Rusiyadan gələn mesajlara dərhal reaksiya verir?” Q.Çaxmaqlı hesab edir ki, belə bir formatın həyata keçməsi üçün üç Cənubi Qafqaz ölkəsinin də əməkdaşlığa hazır olması lazımdır: “Ən azından Gürcüstan Rusiyaya görə bu formatdan hələ ki imtina edir. Ermənistan özü də Türkiyə və Azərbaycan faktoru ortada ikən bu əməkdaşlığa həvəslə getməyəcək. İdeya ortaya atıldığı gündən bəri heç nə dəyişməyib”.

Tural İsmayılov: “COP29-a gəlməyənlər qlobal ekoloji təhlükəsizlik  məsələsində nə qədər mənasız olduqlarını nümayiş etdirdilər” | KONKRET

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi ekspert Tural İsmayılov əmindir ki, 3+3 platforması bütövlükdə həm Cənubi Qafqaz regionunda, həm də Asiyada yeni reallıqlar yaradır: "Əslində 3+3 əməkdaşlıq platforması dünya üçün yeni bir mənzərə formalaşdırır və praktiki olaraq bu platformada iştirak edən bütün ölkələr ortaya səmimi niyyətlər qoysalar, o zaman, doğrudan da, 3+3-ü çox ciddi əməkdaşlıq platforması kimi nəzərdən keçirmək mümkün olar. Bilməliyik ki, bu platformada iştirak edən hər bir dövlətin özünün bölgə ilə, dünyada baş verən siyasi proseslərlə bağlı fərqli mövqeləri ola bilər. Buna əsasən, 3+3 bir daha nümayiş etdirib ki, dövlətlərin qlobal münasibətlər sistemində bir-birindən fərqli mövqeləri mövcud olsa da, dünyanı narahat edən proseslərdə onların eyni mövqedən çıxış etmək imkanları var. Lakin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün əslində platforma da vacib deyil. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, sülh üçün heç bir əngəl qalmaz”. T.İsmayılovun fikrincə, Rusiya və İran Ermənistana təzyiq etməyi bacarmalıdır ki, konstitusiyasını dəyişsin: “İran bu gün Ermənistanın Qərbin oyuncağı olmağına faktiki göz yumur, özü də müxtəlif aspektlərdə İrəvandan yararlanmaq istəyir. İran Minsk Qrupu formatının regional oxşarını yaratmağa çalışır. Bu cəhdlər əbəs və qəbuledilməzdir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR