İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov özünüməşğulluq proqramı çərçivəsində Mingəçevir şəhər sakinləri Leyla Ağalarova və Vətən müharibəsi iştirakçısı Sadiq Paşayev üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

L.Ağalarova un məmulatları istehsalı, S.Paşayev isə kiçik foto atelye xidməti üzrə aktivlərlə təmin olunublar. Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə səy göstərdiklərini bildiriblər.

Onlar kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 255,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 13,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq, kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR