İnsanlara hürriyət, millətlərə istiqlal!

"Min əziyyətlə qurduğumuz iş bir dəqiqədə külə döndü" - Göytəpə bazarında zərərçəkmiş danışdı

Cəlilabadın Göytəpə şəhər bazarında baş verən yanğının təfərrüatları məlum olub. Yanğın bazarın yaxınlığında yerləşən "Paxlava" kafesindən başlayıb, oradan bazara keçib.

İllərdir həmin bazarda çalışan rayon sakini Əbilhəsənova Sənayi Musavat.com-a deyib ki, malların hamısı yanıb:

"Bazarda iki obyektimiz var idi, demək olar ki, əksər mallarımız yanıb. O qədər ağlamışıq ki! İllərin əziyyəti hədər getdi. Min əzab-əziyyətlə qurduğumuz iş bir dəqiqədə külə döndü. Həm kişi, həm qadın geyimləri olan dükanımızın ikisi tamamilə yanıb. Yalnız uşaq bölməsində olan paltarları çıxara bildik. Onlar da yararsız vəziyyətdədir. 2-3 gün olardı ki, məktəb paltarları gətirmişdik, 15 minə yaxın xərcimiz çıxmışdı, hamısı yandı".

Zərərçəkmiş onu da əlavə edib ki, onlara ümumilikdə 150 min manatlıq zərər dəyib: "Hətta vitrin də yanıb. O dükanları yenidən qurmaq üçün bizə nə qədər pul lazımdır. Bəlkə də yanğınsöndürənlər tez gəlsəydilər, qarşısını almaq mümkün olardı, bizə də az zərər dəyərdi".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR