Onlayn ictimai-siyasi qəzet
Rusiyalı milyonçunun qızı, varis Kristina Ozimkova və Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin oğlu, iş adamı Aleksandr Kolokoltsevin ayrılıq xəbəri ötən ilin payızından gündəmdən düşmür.
Rus mediası keçmiş ər-arvadla bağlı daha bir məlumat dərc edib. Ozimkova keçmiş ərinin uşaqları ondan almağa çalışdığını deyib.
"Dubayda məhkəmə prosesləri bitməsinə baxmayaraq, hələ də Moskvada davam edir. Onlarla yanaşı, öz övladlarım üçün mübarizəm də var. Mən sona qədər Moskva məhkəməsində ədalətə inanırdım, amma məlum olur ki, dörd və yeddi yaşlı uşaqları anasından götürmək mümkündür. Sadəcə, ona görə ki, qarşı tərəf bunu istəyir. Əsassızdır. Qeyri-insani hərəkətlərdi" deyə, Kristina açıqlamasında söyləyib.
O həmçinin bildirib ki, məhkəmə məsələsi çox tez həll olunub. Qız ona qarşı iddianın iki həftə əvvəl verildiyini və aprelin 3-də isə artıq iddiaçının xeyrinə qərar verildiyini vurğulayıb.
Bununla belə, Özimkova təslim olmaq fikrində olmadığını söyləyib:
"Sona qədər susdum. Amma bu gün məni danışmağa vadar etdi. Necə, nəyə əsaslanaraq, balaca uşaqların anadan alınması ilə bağlı qərarlar verilə bilər. Biz bunu həll edəcəyik. Mən övladlarım üçün sona qədər gedəcəyəm. Hər bir ana kimi".
Aleksander Kolokoltsev bu mövzu ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, 27 yaşlı Kristina Ozimkova sərvəti milyonlarla dollar olan iş adamı Roman Ozimkovun qızıdır. O, Vyaçeslav Zaitsevin modellik məktəbində oxuyub, 2019-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, bloger kimi tanınıb.//Axşam.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ