İnsanlara hürriyət, millətlərə istiqlal!

Milo Cukanoviç prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalayıb

Monteneqro prezidenti Milo Cukanoviç ölkədə siyasi böhranın artmasına səbəb olan və dövlət başçısının hökumət qurmaqla bağlı səlahiyyətlərinin məhdudlaşdırılması məqsədi daşıyan qanunu imzalayıb.

M.Cukanoviç hökumətin qurulması ilə bağlı müzakirələrdə iştirak etməyəcəyini və namizədin təyin olunması səlahiyyətini parlamentin üzərinə götürəcəyini bildirib.

O, qanuna edilən dəyişikliyin konstitusiyanın dəyişdirilməsi mənasını daşıdığını deyib: “Qanunu birinci dəfə imzalamadım. Lakin daha sonra parlamentdə ikinci dəfə səsə qoyularaq qəbul edildi və qanunu imzalamağa qərar verdim. Konstitusiyaya zidd tənzimləməyə görə bu qərarı qəbul edənlər məsuliyyət daşıyırlar”.

M.Cukanoviç Monteneqro parlamentinin konstitusiyaya hörmət edən bir qurum olmaqdan çıxdığını və siyasi addımlar atdığını vurğulayıb.

Qeyd edək ki, Monteneqroda baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılmışdı. Ölkədə yeni hökumətin qurulması prosesi isə siyasi böhrana çevrilmişdi (AZƏRTAC).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR