Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova giriş çıxışında Asiya Parlament Assambleyasının Bakıda yüksək səviyyədə keçirilən toplantısından bəhs edib.
Bildirib ki, sessiyanın sonunda Bakı Bəyannaməsinin qəbul olunması mühüm hadisə oldu.
Sahibə Qafarova Milli Məclisin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı 100-dən artıq ölkənin parlamentinə müraciət ünvanladığını da vurğulayıb.
Qeyd edək ki, Milli Məclis 16 məsələni müzakirə edəcək.
E.Paşasoy,
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ