İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ilk oxunuşda təsdiqlədi  

Milli Məclis “Azərbaycan Respublikasının “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirələrdən sonra ilk oxunuşda qəbul edib. 

Musavat.com-un məlumatına görə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2022-ci il üçün dövlət büdcəsi layihəsi qəbul edilərkən həmin il üçün büdcə-vergi siyasətinin hədəfləri müəyyən olunmuşdu:

“Gəlirlər üzrə hədəflər əsasən iqtisadiyyatın neft sektorundan asılılığın azaldılması, geyri-neft gəlirlərinin artırılması, qeyri-neft ixracının artırılması, kölgə istisadiyyatın səviyyəsinin azaldılması, nağdsız hesablaşmaların artırılması, dövlət əmlakının özəlləşməsinin genişləndisilməsi hesabına büdcə daxilolmaların artırılmasını əhatə edirdi. Xərclər üzrə hədəflər isə əsasən sosial yönümlü xərclərin, səhiyyə xərclərinin maliyyələşməsi, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, ərzaq təhlükəsizlitinin təmin edilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşması, müdafiə və təhlükəsizlik tədbirlərini görülməsi üçün lazımı maliyyə təminatının təmin edilməsini əratə edirdi. 

Aparılan bütün təhlillər 2022-ci iln dövlət büdcəsini icrasının bu hədəflərə əsasən nail olduğunu deməyə imkan verir”.

Qəbul olunan qanun layihəsinə görə, 2022-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 30 milyard 679 milyon 646,4 min manat, xərclər isə 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilir. Sənədə əsasən 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat olub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) çoxdur. Dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi isə 22,9 faiz təşkil edib. 2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29 milyard 879 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinə yenidən baxılaraq, onun xərcləri artırılaraq 32 milyard 303,8 milyon manat məbləğində müəyyən edilib. Büdcə xərcləri 99,3 faiz həcmində icra olunub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) artıqdır.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR