İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili Duqinin faciəsinə sevinən azərbaycanlılara görün nələr dedi!

Fazil Mustafa: "İndilik istiqaməti erməni terroruna yönəltsəniz doğru olmazmı?"

Milli Məclisin üzvü Fazil Mustafa Rusiyanın tanınmış fikir və siyasət adamı Duqinin başına gələn faciəyə sevinən soydaşlarımızı qınayan açıqlama yayıb.

Musavat.com həmin açıqlamanı oxucularına təqdim edir:

"Bəlkə kampaniya başladasınız! Duqin və qızı Darya dörd il öncə cəsarətlə Cocuq Mərcanlıya gəlib təmas xəttindən birbaşa bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır və erməni işğalçıları bu torpaqlardan çıxmalıdırlar. Hər bir halda bu adamlar səngərin o üzündən bizə barmaq silkələyənlərdən deyildilər. Buna görə də bəlkə gerçəkdən də sui-qəsdi qisas məqsədi ilə erməni terrorçuları törədib? Bu iddiaya başlamağa nə deyirsiz?

İçinizdə nəyə haqq qazandırısınızsa qazandırın, üzdə heç olmazsa öz dərdinizə ağlayın. Ukraynadan, Gürcüstandan, müharibə təhrikindən, imperiya vəhşiliyindən bütün dünya danışacaq, sonra siz də onlara qoşularsınız, indilik istiqaməti erməni terroruna yönəltsəniz doğru olmazmı? Tutar qatıq, tutmasa ayran! Çünki ukraynalı qadının 11 yaşlı uşaqla mifoloji hərəkəti, Ştirlisin qadınının kanalizasiya quyusundakı qəhrəmanlığına bənzər bir şeydir. Neomifologiya".

fazil-mustafa-888.jpg (44 KB)

Fazil Mustafa

Xatırladaq ki, Duqinin qızı Darya Duqina maşınına qoyulmuş partladıcının işə salınması nəticəsində 20 avqust tarixində həlak olub. Rusiya xüsusi xidmət orqanları iddia edirlər ki, bu terror aktını ukraynalı qadın törədib. Əlbəttə, burada məqsəd aydındır - hər vəchlə terror hadisəsini Ukraynanın boynuna qoymaq və rus ictimai rəyində bundan sonrakı hərəkətlərinə haqq qazandırmaq, Ukraynaya nifrət aşılamaq.

Azərbaycan deputatı isə təklif edir ki, bizlər də bu terrorda "erməni izi" axtaraq və bu barədə iddiaları hər bir fürsətdə və bütün platformalarda yayaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR