Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Bursa şəhərində gənc oğlan və qızın bir-birinə yaxınlaşması insidentə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən olay ictimai nəqliyyatda baş verib. Qadının onlara "Xüsusi ehtiyaclarınızı xüsusi yerlərdə edin" deyə xəbərdarlıq etməsi ilə vəziyyət qarışıb. Metronun daxilində baş verən bu hadisə digər sərnişinlərin də münaqişəyə müdaxilə etməsi ilə daha da gərginləşib.
Bursa metrosunda çəkilən video sosial mediada sürətlə yayılıb.
"YALNIZCA QUCAQLAŞIRIQ"
Bu xəbərdarlığı nəzərə almayan gənclər isə "Yalnızca qucaqlaşırıq", - deyə cavab verərək münaqişəni davam etdiriblər. Sərnişinlər arasında başlayan mübahisə daha da böyüyərək başqa mövzulara keçib.
"SEVƏN İNSANLARI QISQANMAYIN"
Sosial mediada yayılan görüntünün altına "Qadın haqlıdır... Artıq nə ar, nə də namus qalıb", "Sənə nə, narahat olursansa, düşüb get", "Sevən insanları qısqanmayın, buraxın xoşbəxt olsunlar", "Sevgiyə dözə bilmirlər", "Mən mağara adamı olmağa razıyam, belə şeyləri qəbul edə bilmirəm" kimi şərhlər yazılıb.
27 Yanvar 2025
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ