İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda ayağa basma davası: 1 nəfər bıçaqlanaraq öldürüldü

ABŞ-ın Nyu-York şəhərində metroda ayağına basıldığı üçün başlayan mübahisə faciə ilə nəticələndi. 38 yaşlı Con Şeldon metroda baş verən davada bıçaqlanaraq qətlə yetirilib. Polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.

Nyu-York polisi hadisənin yerli vaxtla 25 aprel, cümə günü səhər saatlarında baş verdiyini açıqlayıb. Məlumata görə, bir nəfər digərinin ayaqqabısına basıb, bundan sonra tərəflər arasında mübahisə başlayıb. Mübahisə nəticəsində Con Şeldon bıçaqlanıb və hadisə bu il Nyu-York metrosunda qeydə alınan ilk qətl hadisəsi kimi tarixə düşüb.

Polis və tibb işçilərinin verdiyi məlumata əsasən, 25 aprel tarixində saat 08:30 radələrində Aşağı Manhattan bölgəsində bir nəfərin bıçaqlandığı barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis 38 yaşlı şəxsin qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi aldığını və huşsuz vəziyyətdə olduğunu aşkarlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar nəticəsində ölən şəxsin Con Şeldon olduğu müəyyən edilib. Polis 20-30 yaşlarında olduğu ehtimal edilən şübhəlini axtarır. İlkin məlumata görə, mübahisə metro vaqonunda başlayıb və daha sonra platformada davam edərək bıçaqlanma ilə nəticələnib.

Qeyd edək ki, bu ayın əvvəlində Nyu-York Polis İdarəsinin rəsmisi Cessika Tiç şəhər metrosunda ilin ilk üç ayında heç bir qətl hadisəsinin qeydə alınmadığını, bunun son yeddi il ərzində bir ilk olduğunu bildirmişdi. Tiç həmçinin son 27 ildə ilin ilk rübündə qeydə alınan ən aşağı ikinci cinayət göstəricisinin əldə edildiyini vurğulamışdı./Yenisabah.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR