Onlayn ictimai-siyasi qəzet
Bakı metrosunda iki qadının telefonu oğurlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, metropolitendə 2 qadının 440 və 800 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinənlər, əvvəllər də məhkum olunmuşlar N.Vəliyev və İ.Babayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ