İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro “Qarabağ”ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

“Bakı Metropoliteni” avqustun 12-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası matçına görə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Musavat.com xəbər verir ki, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.

Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR