Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, iyulun 6-da İran siyasi dairəsinin islahatçılar qanadını təmsil edən Məsud Pezeşkian ölkənin yeni - 14-cü prezidenti seçilib.
Musavat.com xəbər verir ki, İranın yeni prezidenti Məsud Pezeşkianın sosial mediada 4 ay öncə Azərbaycan dilində verdiyi müsahibə yayılıb.
İran prezidentinin 4 ay öncə verdiyi açıqlamalar - müsahibədə dediyi sözlər gündəm olub. Sözügedən müsahibə GünAz Tv-nin sosial media hesabında yayımlanıb.
Mövzunun aktuallığını nəzərə alaraq Məsud Pezeşkianın müsahibəsini ardıcıllıqla təqdim edirik.
1-Cİ HİSSƏ
2-Cİ HİSSƏ
3-CÜ HİSSƏ
4-CÜ HİSSƏ
Məsud Pezeşkianı haqqında qısa arayış:
M.Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində azərbaycanlı ailəsində anadan olub.
Məsud Pezeşkian daha əvvəl deputat kimi Təbriz, Osku və Azərşəhr seçki dairəsini İran parlamentində təmsil edib, eyni zamanda 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.
O, 2001-2005-ci illərdə eks-prezident Məhəmməd Hatəmi dövründə səhiyyə naziri olub.
Təhsili üzrə ürək cərrahı olan Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb və hazırda İranın şimalındakı nüfuzlu universitetin akademik heyətinin üzvüdür.
O, əvvəllər iki dəfə - 2013 və 2021-ci illərdə prezidentliyə namizədliyini irəli sürsə də, hər iki dəfə seçkiyə buraxılmayıb.
Həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, daha sonra evlənməyib. Hazırda üç övladı var.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ