Onlayn ictimai-siyasi qəzet
“Nizami bu torpağa məxsusdur və bu göstərir ki, bir millət, bir mədəniyyət, bir güc olmuşuq”.
Bu sözləri prezidenti Məsud Pezeşkian aprelin 28-də Bakıda Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüş zamanı deyib.
"Mən bu gün burada olmaqdan xoşbəxtəm və tarixi əlaqələrimizin möhkəmlənməsi üçün uyğun mühitin yaradılması istiqamətində səyləriniz təqdirəlayiqdir", - deyə İran prezidenti vurğulayıb.
Prezident region xalqları arasında min illərlə davam edən ünsiyyətə toxunub: “Tarix boyu biz bəzən ayrılmışıq, bəzən də qovuşmuşuq, lakin ortaq mədəniyyətimiz, adət-ənənələrimiz, ənənələrimiz hələ də qalır”.
Məsud Pezeşkian bölgənin Nizami Gəncəvi kimi mədəniyyət və ədəbiyyat böyüklərinin qoyub getdiyi mirasa vurğu edib: “Nizami bu torpağa məxsusdur və bu göstərir ki, biz bir millət, bir mədəniyyət, bir güc olmuşuq”.
O, Prezident İlham Əliyevlə danışıqlar barədə deyib: “Bu görüşdə ikitərəfli əməkdaşlıq yolunda maneələrin aradan qaldırılması üçün işləmək razılaşdırılıb və biz bu istiqamətdə əlimizdən gələni edəcəyik”.
Prezident regionda əməkdaşlıq üçün mövcud olan imkanları bəyan edib: “Əgər biz fikir ayrılığı əvəzinə əməkdaşlıq etsək, regionda yeni sivilizasiya və yeni ab-hava yarada bilərik. Niyə sərhədlər bizim regionda ticarətə mane olmalıdır, halbuki avropalılar sərhədləri aradan qaldıraraq inkişafa nail oldular. Biz ticarət, elm, sənaye və turizm üçün böyük bazar yarada bilərik"./Yenisabah.az
ŞƏRHLƏRŞƏRH YAZ