İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi baldızının nikah mərasiminə qatıla bilmədi - Şok səbəb

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi həyat yoldaşı Antonella Rokuzzonun bacısı Karla Rokuzzonun nikah mərasimini buraxmaq məcburiyyətində qalıb. 

Musavat.com qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Marca" yazıb.

Mərasim Argentinanın Rosario şəhərində baş tutub və gizli saxlanılıb. Lakin insanlar şəhər kilsəsində mühafizəçilərin sayının artdığını görüb hasarların yanına toplaşmağa başlayıblar. Mərasimə məşhur futbolçunun gələ biləcəyi məlum olanda insanların sayı daha da artıb. 

Messi təhlükəsizlik səbəbi ilə mərasimə qatılmayıb, daha sonra təşkil edilən şənlikdə iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR