İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlar “Bridcit Cons.Oğlana heyran”ın premyerasında

“Bridcit Cons.Oğlana heyran” filminin premyeradan öncə nümayişi keçirilib.

Musavat.com xəbər verir ki, nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak edib.

Qeyd edək ki, ingilis yazıçısı Helen Fildinqin romanı əsasında çəkilən filmin rejissoru Maykl Morrisdir.

Əsas rolları Rene Zellveqer, Kolin Fyort, Çivetel Eciofor, Leo Vudall, Hyu Qrant, Emma Tompson və başqaları ifa ediblər.

Filmin məzmununa gəlincə, bir neçə il əvvəl Bricit Cons sevimli həyat yoldaşını itirmişdi – Mark Darsi Sudanda humanitar missiya zamanı həlak olmuşdu. Həyatına davam etməyə çalışan Bricit işə qayıdır və hətta tanışlıq proqramını yükləyir. Bu proqram vasitəsilə onun həyatına gənc və yaraşıqlı oğlan daxil olur. İndi isə tənha ana olaraq Bricit ev, iş və romantik münasibətləri necəsə birləşdirməli, atasızlıqdan əziyyət çəkən oğlunu dəstəkləməli, həmçinin oğlunun məktəbindəki ideal anaların qınaqlarına sinə gəlməlidir.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR