Onlayn ictimai-siyasi qəzet
Məşhur rusiyalı aktrisa Alena Kolomina çoxdankı arzusundan - Azərbaycanın paytaxtı Bakıya səfər etmək istəyindən danışıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Moskva-Baku" portalı məlumat verib.
Aktrisa heç vaxt bu şəhərdə olmadığını, lakin onun gözəlliyi və yerli sakinlərin qonaqpərvərliyi haqqında çox eşitdiyini etiraf edib.
"Mən çox ümid edirəm ki, arzum gerçəkləşəcək və Azərbaycan xalqının qonaqpərvərliyini, Bakının möhtəşəmliyini şəxsən görə biləcəyəm. Bilirəm ki, "jurnalist Ebbi" rolunu oynadığım "On bir susqun kişi" filmi Bakıda keçirilən Rusiya Kinosu Günlərində tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Mənə çox xoşdur ki, Azərbaycan ictimaiyyəti bizim əməyimizi yüksək qiymətləndirib", - deyə Alena Kolomina bildirib.
Aktrisa, həmçinin, Azərbaycana təkcə turist kimi gəlmək deyil, həm də burada çəkiliş meydançasında işləmək arzusunu da dilə gətirib.
"Böyük məmnuniyyətlə həm çəkilişlərə, həm də sadəcə ölkə ilə tanış olmağa və dincəlməyə gələrdim. Əminəm ki, bu səfər mənə olduqca heyrətamiz hisslər bəxş edəcək", - deyə Kolomina öz planlarını bölüşüb.
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ